Ağdaşda maşın piyadanı vuraraq öldürüb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsidən keçən hissəsində baş verib.
“Mercedes” markalı avtomobil piyadanı vurub.
1939-cu il təvəllüdlü Xaspoladov Qırımxan Yaqub oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.