ŞƏMKİR, 26 may. TELEQRAF

Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Kənd sakini Fərid Alızadə idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə Göygöl rayon sakini, 2009-cu il təvəllüdlü piyada Muraz Hüseynovu vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.