XOCAVƏND, 22 may. TELEQRAF

Xocavənd şəhərinə çatan ailələrə mənzillərin açarları təqdim edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə Xocavənd şəhərinə çatan 17 ailələyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

12:52

Xocavəndə yola salınan köç mənzil başına çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, daha sonra mənzil başına çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.

***

12:12

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qayıdış proqramına uyğun olaraq bu mərhələdə Xocavənd şəhərinə 17 ailədə 65 nəfərdən ibarə köç karvanı Füzuli rayonunun Alıxanlı kənd keçid postundan yola salınıb.

Xocavənd şəhərinə köçənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.