GORANBOY, 30 mart. TELEQRAF

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Goranlı kəndində qeydə alınıb.

Vətən müharibəsi qazisi Bəxtiyar İlqaroğlu idarə etdiyi avtomobillə Zaur Hüseynovu vurub.

Yaralı öncə Goranboy rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncədə yerləşən tibb müəssisələrinin birinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq piyanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanılıb.