BAKI, 5 dekabr. TELEQRAF
Cəlilabad rayonu ərazisində yerləşən mağazalardan silsilə oğurluq hadisələri qeydə alınıb.
Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, müxtəlif vaxtlarda gecə saatlarında 4 mağazadan nağd pul, tütün məmulatları və digər məhsulların oğurlanması barədə polisə məlumat daxil olub.
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq cinayətinə görə məhkum olunmuş 31 yaşlı Elməddin Kərimov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.