ŞUŞA, 24 noyabr. TELEQRAF

Azərbaycanın Mərkəzi Asiyaya yaxınlaşması Türk Dövlətlər Təşkilatına (TDT) müsbət təsir edir və ölkəmiz körpü rolunu oynayır.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu sözləri Şuşada təşkil edilən forumda Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Fərhad Məmmədov söyləyib.

F.Məmmədov bildirib ki, Azərbaycana özündən asılı olmayan faktorlara görə maraq artıb:

“Heç bir xarici sponsor olmadan TDT yaradılıb. Xarici faktorlardan asılı olmadan inteqrativ addımlar atılır. Azərbaycan Mərkəzi Asiyaya yaxınlaşması TDT-ə müsbət təsir edir. Ölkəmiz körpü rolunu oynayır. Müxtəlif istiqamətlərdə bizim rolumuz olmadan əməkdaşlıq alınmır. İqtisadi inkişafı mümkün qədər genişləndirəcəyik.

şkilata maraq artsa da bəzi qüvvələr, xüsusilə Avropa İttifaqı bunu etiraf etmək eləmək istəmir. Öz yolumuzu getdikcə təşkilat daha da güclənəcək. Zamanla hərbi və iqtisadi birliyə də çevrilə biləcəyik”.