ŞUŞA, 24 noyabr. TELEQRAF
İran əhalisinin 30 faizi bəlkə daha çox azərbaycanlı türkləri təşkil edir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu sözləri Şuşada təşkil edilən forumda İran Araşdırmaları Mərkəzinin prezidenti Sərhan Afacan söyləyib.
O bildirib ki, Türkiyə və Azərbaycan bəzən birgə, bəzən isə fərqli addımlar atır: "Bu, daha çox xarici siyasətlə bağlıdır. Lakin onlar əsasən ortaq qərar verirlər. Qonşuluq siyasətində İran mövzusunda Azərbaycanla Türkiyə eyni fikirdədir.
Bilirik ki, İran əhalisinin 30 faizi, bəlkə daha çoxu azərbaycanlı türklər təşkil edir. Bu səbəbdən Azərbaycanın İrandakı soydaşlarına münasibətdə daha həssasdır. Lakin İran bəzən açıq olmasa da gizli mesajlar verə bilir, xüsusi ilə Zəngəzur dəhlizinin açılmasında İran böhran yaratmağa çalışdı. İnanırıq ki, Azərbaycan və Türkiyə dövlətləri ilə yaxın vaxta sağlam əlaqə quracaq".