ŞUŞA, 24 noyabr. TELEQRAF
Uzun illər bir millət iki dövlət fikri ilə yaşadıq. Artıq bir millət üç dövlət - Azərbaycan, Türkiyə və Pakistan birliyi yolunda addımlayırıq.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu sözləri Şuşada təşkil edilən Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumunda çıxış edən SETA proqram direktoru Muhittin Ataman söyləyib.
Onun sözlərinə görə, 2024-cü ildə başlayan bu birlik yaxın gələcəkdə daha da möhkəmlənəcək və digər türk dövlətlərini də ətrafında birləşdirəcək.