CƏLİLABAD, 24 noyabr. TELEQRAF

Bir vaxtlar üzüm istehsalına görə ölkədə öncül bölgələrdən olan Cəlilabadda üzüm sahələrinin sürətlə azalması müşahidə olunur.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, son günlər rayonun Alar kəndi yaxınlığında yerləşən hektarlarla üzüm bağlarının ləğvinə başlanılıb.

Məlumata görə, fermerləri bu addımı atmağa məcbur edən əsas səbəb üzümçülüyün rentabelliyinin aşağı düşməsidir. Üzümün satışından əldə edilən gəlir artıq çəkilən xərcləri qarşılamır. Bölgədə emal müəssisələrinin olmaması və ya fəaliyyətsiz qalması da vəziyyəti daha da ağırlaşdırır.

Daxili bazarlarda satış imkanlarının məhdud olması nəticədə fermerləri üzüm bağlarını ləğv etməyə vadar edib.