AĞDƏRƏ, 20 noyabr. TELEQRAF
Ağdərə rayonunun Həsənriz kəndinə çatan ailələrə mənzillərin açarları təqdim edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Həsənriz kəndinə çatan 23 ailəyə mənzillərin açarları təqdim edilib.
Evlərin açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
***
16:06
Növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz və Vəngli kəndlərinə çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün Ağdərə rayonun Həsənriz kəndinə ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 23 ailə (93 nəfər) öz doğma yurduna qayıdışı təmin olunub.



***
13:29
Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Həsənriz kəndinə 23 ailədən 93 nəfər doğma yurda qayıdır.
Köçən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində yataqxanalarda, sanatoriya binalarında məskunlaşan sakinlərdir.
Bu köç də daxil olmaqla indiyədək Ağdərə rayonunun Həsənriz kəndində 228 ailə 857 nəfər məskunlaşıb.