BAKI, 20 noyabr. TELEQRAF

Noyabrın 20-də Xocalı rayonunun Şuşakənd kəndinə növbəti dəfə köç olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən məlumata əsasən, bu mərhələdə Şuşakəndə 54 nəfərdən ibarət 15 ailə qayıdıb.

Mənzillərin açarlarının təqdimatında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinləri doğma yurdlarına qayıdış münasibətilə təbrik edərək bildirib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma proqramı çərçivəsində Şuşakənd və digər yaşayış məntəqələrində bütün əsas infrastruktur, yol, su, elektrik, qaz və digər kommunal xidmətlər tam şəkildə təmin olunub. Qeyd olunub ki, bu mərhələ ilə birlikdə Şuşakəndə ümumilikdə 284 nəfər -yəni 76 ailə qayıdıb.

***

12:43

XOCALI, 20 noyabr. TELEQRAF

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Qayıdış proqramı davam etdirilir. Qayıdış proqramına uyğun olaraq Xocalı rayonunun Şuşakənd kəndinə növbəti köç karvanı yola düşüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, köç karvanı Ağdamın Dördyol adlanan ərazisindən yola salınıb.

Şuşakənd kəndinə 15 ailə olmaqla 54 nəfər köçürülür.

Köçlər bu günə kimi ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu köçdə daxil olmaq Şuşakənd kəndinə ümumilikdə 76 ailə 284 nəfərin daimi qayıdışı təmin edilib.