XOCAVƏND, 19 noyabr. TELEQRAF

Xocavənd rayonunun 2 kəndinə köç edən ailələr mənzil başına çatıb, onlara mənzillərinin açarları təqdim edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 21 ailədə 89 nəfər, Sos kəndinə isə 20 ailə olmaqla 80 nəfər doğma yurda çatıb.

Daha sonra çatan sakinlərə mənzillərinin açarları təqdim edilib.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

***

13:59

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına uyğun olaraq Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Sos kəndlərinə növbəti köç karvanı yola salınıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 21 ailədə 89 nəfər, Sos kəndinə isə 20 ailədə 80 nəfər Füzuli rayonunun Alıxanlı kənd keçid postundan yola salınıb.