AĞSTAVA, 17 noyabr. TELEQRAF

Ağstafa sakini bədbəxt hadisə nəticəsində həyatını itirib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Yenigün kənd sakini 1951-ci il təvəllüdlü Gülabatın Qəhrəmanova həyətdəki su quyusuna düşüb.

Hadisədən gec xəbər tutan yaxınları qadını xilas edə bilməyiblər.

Vəfat etmiş Gülabatın Qəhrəmanovanın 74 yaşı var.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma başlanılıb.