YEVLAX, 17 noyabr. TELEQRAF

Yevlaxda VAZ-2107 markalı avtomobil traktorla toqquşub, xəsarət alanlar var.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Tanrıqulular kəndi ərazisində baş verib.

Həsənov Elvin Eldar oğlunun idarə etdiyi VAZ-2107 markalı avtomobil Gülməmmədov Vüsal Camal oğlunun idarə etdiyi qoşqulu mini traktorla toqquşub.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan yaralı şəxslər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.