AĞDAŞ, 14 noyabr. TELEQRAF
Ağdaşda Rusiya vətəndaşı olan kişinin yaşadığı evdə meyiti aşkarlanıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə rayon mərkəzində Maşad küçəsindəki evlərdən birində qeydə alınıb.
1958-ci il təvəllüdlü Mahir Məmmədov yaşadığı evdə ölmüş vəziyyətdə tapılıb.
Onun Rusiya vətəndaşı olduğu bildirilir. İlkin müayinə zamanı üzərində hər hansı zorakılıq əlaməti aşkar olunmayıb.
Faktla bağlı araşdırma aparılır.