TƏRTƏR, 14 noyabr. TELEQRAF

Tərtərdə narkotiklərin satışını həyata keçirən şəxsi polis saxlayıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Nəbi Nəbiyev saxlanılıb.

Ondan 2 kiloqramdan artıq marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

N.Nəbiyevin İrandan qanunsuz yollarla gətirilən narkotiklərin Tərtər rayonu ərazisində satışını təşkil etmək istədiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, N.Nəbiyev barəsində həbs qətimkan tədbiri seçilib. .