AĞDƏRƏ, 13 noyabr. TELEQRAF
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Qayıdış proqramına uyğun olaraq Ağdərə rayonunun Vəngli kəndinə bu mərhələdə 11 ailə olmaqla 45 nəfər köçürülür.
Köç edən ailələr Ağdamın Dördyol adlanan ərazisindən yola salınıb.
Doğma yurduna qayıdan ailələr əsasən respublikanın müxtəlif yerlərində yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.