BEYLƏQAN, 12 noyabr. TELEQRAF

Beyləqanda itkin kimi axtarışda olan 61 yaşlı qadının 14 gün sonra skeleti aşkarlanıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, rayonunun Qaradağlı kəndində 24 oktyabr tarixindən itkin düşən qadının sümüklərinin qalıqları tapılıb.

Rayon sakini İsmayılova Şücaət Müslüm qızının nəşinin qalıqları 7 noyabr tarixində Beyləqan rayon Qaradağlı kəndində Yal arxı deyilən ərazidə aşkar edilib.

Meyit vəhşi heyvanlar tərəfindən parçalanaraq tanınmaz hala salınıb.

61 yaşlı qadının kolluq ərazidə yıxılaraq xəsarət aldığı və köməksiz qalaraq orada öldüyü ehtimal edilir.