ŞƏMKİR, 10 noyabr. TELEQRAF

Şəmkirdə zəhərlənənlərin kimliyi məlum olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, onlar Şəmkir rayonunun Dəllər qəsəbə sakini, 1992-ci il təvəllüdlü Ruslan Eyniyev, eyni kəndin sakini, 1991-ci il təvəllüdlü Dürdanə, 2014-cü il təvəllüdlü D.Məmmədli və 2015-ci il təvəllüdlü T. Məmmədli, Şəmkir şəhər sakinləri, 1994-cü il təvəllüdlü Nəsib Zeynalov, övladları: 2020-ci il təvəllüdlü E. Zeynalov və 2023-cü il təvəllüdlü N. Zeynalovadır.

Hazırda zərərçəkənlərin vəziyyəti normaldır.

Faktla bağlı Şəmkir RPŞ-də arasdırma aparılır.

***

12:00

Şəmkirdə baş verən hadisənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məsələ nəzarətə götürülüb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.

Bildirilib ki, agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, müvafiq nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırma davam edir.

Şəbnəm Zahir

***

11:59

Ötən gün saat 04:00 radələrində zəhərlənmə şübhəsilə 6 nəfər (3-ü kişi, 3-ü qadın olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Teleqraf-ın Qərb bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

***

11:00

Şəmkirdə dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin ərazisində yerləşən “Mersin” dönərxanasında baş verib.

İlkin məlumata görə, şəhər sakinləri 1994-cü il təvəllüdlü Nəsib Zeynalov, Dəllər Cəyir qəsəbə sakini, 1991-ci il təvəllüdlü Dürdanə Kazımova, 2014-cü il təvəllüdlü və oğlu 2015-ci il təvəllüdlü şəxslər dönərdən zəhərlənmə ilə xəstəxanaya aparılıb.

Noyabrın 9-u saat 01:00 radələrində isə Şəmkir şəhərinin ərazisində yerləşən “Mahmud” dönərxanasından Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Ruslan Hacıbəy oğlu Eyniyev dönərdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.