XANKƏNDİ, 8 noyabr. TELEQRAF

Xankəndi şəhərində Zəfərin 5 - ci ildönümü münasibətilə keçirilən konsert proqramının ardınca atəşfəşanlıq olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən Teleqraf-a verilən məlumata görə, Zəfər meydanında şəhərin səması rəngarəng işıqlara bürünüb.Atəşfəşanlıq Xankəndi sakinləri tərəfindən böyük sevinclə qarşılanıb, hər kəsdə xoş ovqat yaranıb.

***

19:19

Bu gün Xankəndi şəhərində 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin 5 illik yubileyi böyük qürur və sevinclə qeyd edilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə tarixi Zəfərin rəmzinə çevrilmiş Xankəndidə möhtəşəm bayram konserti və atəşfəşanlıq proqramı təşkil olunur.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin əməkdaşları, dövlət və hökumət rəsmiləri, müharibə iştirakçıları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və minlərlə sakin iştirak edir.

Bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları və gənc ifaçılar vətənpərvərlik ruhunda musiqilər, bədii kompozisiyalarla çıxış edirlər.