AĞDAM, 24 iyun. TELEQRAF
Ağdərə rayonunun Həsənriz kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb.
S.Qəhrəmanov onu da qeyd edib ki, hazırda Ağdərə və Xocalı rayonunun bir neçə yaşayış məntəqəsində yenidənqurma və bərpa işləri həyata keçirilir. Yaxın vaxtlarda həmin yaşayış məntəqələrinə də köç olacaq.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Xatırladaq ki, Ağdərənin Həsənriz kəndi 24 saat fasiləsiz elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib.
Kənddə 246 şagirdlik tam orta məktəb, tibb məntəqəsi, körpələr evi,uşaq bağçası var. Həsənriz kəndində əhali əsasən arıçılıq və heyvandarlıqla məşğul olur.
Kəndə ilk köç bu il martin 3-də olub.
***
13:38
Ağdərə rayonunun Həsənriz kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb.
***
11:45
Ağdərəyə növbəti köç yola salınıb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, bu mərhələdə 40 ailə - 146 nəfər Həsənrizə köçürülür. Bu köç də nəzərə alınmaqla ümumilikdə Həsənriz kəndinə cəmi 130 ailə (452 nəfər) köçürülüb.
Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.