Türkiyənin Ukrayna-Rusiya müharibəsində tutduğu mövqe və sülh üçün göstərdiyi səylər Avropada təqdir olunmağa davam edir.
Teleqraf.com xəbər verir ki, Türkiyənin diplomatik uğurlarını vurğulayan sonuncu ünvan Polşada nəşr olunan “Dziennik” qəzeti olub.
Türkiyənin hər iki ölkə ilə yaxın münasibətdə olduğunu vurğulayan qəzet bildirib ki, Ukraynadakı müharibənin qalibi Türkiyədir.
Prezident Rəcəb Tayyib Ərdoğanın üzərinə götürdüyü rolla bağlı məqalədə “O, istəsə “şah”, istəməsə “mat” deyər” sözlərinə yer verilib və “Moskva” kreyserinin batmasındən sonra Türkiyənin Qara dənizin ən güclü donanmasına çevrildiyi deyilib.
Polyak nəşri bütün dünyanın Ukrayna ilə məşğul olduğu bir vaxtda Türkiyənin İraq, Liviya, Suriya, Azərbaycan (Qarabağ) kimi ölkələrdə regional fəaliyyətlərini fasiləsiz davam etdirdiyini vurğulayıb.