BAKI, 16 noyabr. TELEQRAF

"2026-cı ilin ötən dövründə qlobal mühitdə baş verən qeyri-müəyyənliklərə və geosiyasi çağırışlara baxmayaraq, Prezident İlham Əliyevin tərəfindən həyata keçirilən düşünülmüş, məqsədyönlü ardıcıl siyasətin nəticəsində ölkəmizdə iqtisadi inkişaf davam etmiş, vətəndaşlarımızın sosial rifahı yüksəlmiş və makroiqtisadi sabitlik təmin edilib".

Teleqraf xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, 2026-cı ilin oktyabr ayının nəticələrinə əsasən illik inflyasiya 5,2% təşkil edib: "Bu göstərici Mərkəzi Bankın hədəf diapazonunda inflyasiyanın formalaşmasını deyir. Bizim oktyabr proqnozlarımıza əsasən, orta hesabla inflyasiya 5,3% olacaq, orta müddətdə. Orta müddətdə mən dedikdə mən 2027-2028-ci illəri nəzərdə tuturam. Qlobal iqtisadi şərait şəraitdə olan çağırışlara baxmayaraq, bizim iqtisadi artımımız davam etmişdir. 10 ayın nəticələrinə əsasən iqtisadi artım 1,7% təşkil etmişdir. Qeyri-neft ümumi daxili məhsulun artımı isə 2,9% səviyyəsində formalaşmışdı. Mərkəzi Bankın oktyabr proqnozlarına əsasən 2027-ci ilin sonunda ümumi daxili məhsulun artımı 2,3% olacaq, qeyri-neft ümumi daxili məhsulun artımı isə 4,3% səviyyəsində olacağı gözlənilir”.