BAKI, 10 oktyabr. TELEQRAF
İsrail Müdafiə Qüvvələrinin (İMQ) Qəzza zolağında hücumları nəticəsində HƏMAS-ın iki zabiri öldürülüb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail silahlı qüvvələrinin mətbuat xidməti məlumat verib.
"İsrail Müdafiə Qüvvələri Xan Yunis yaxınlığında təşkil edilən hücumda İslam Cihadının hərbi qanadının bölük komandiri Məhəmməd Əbu Şalufu öldürüb. O, 7 oktyabr 2023-cü ildə İsrailə soxulub. Xan Yunis yaxınlığında baş verən ayrı bir hücumda isə HƏMAS-ın Nuhba xüsusi təyinatlı qüvvələrinin üzvü Musa Atef Əbu Dan öldürülüb", - deyə açıqlamada bildirilir.
Mətbuat xidməti qeyd edib ki, məhv edilmiş şəxslər bu yaxınlarda İsrail Müdafiə Qüvvələrinin qoşunlarına hücumlar həyata keçirib və terror təşkilatlarının döyüş qabiliyyətini bərpa etmək məqsədi ilə hərəkət ediblər, bununla da atəşkəs razılaşmasını sistematik şəkildə pozublar.
İsrail Müdafiə Qüvvələri qeyd edib ki, zərbələrdən əvvəl mülki əhaliyə təsirini azaltmaq üçün addımlar atılıb.