BAKI, 10 oktyabr. TELEQRAF

ABŞ-ın cənub ştatlarında davam edən “İsaias” qasırğası nəticəsində iki nəfər ölüb, 800 mindən çox insan elektrik enerjisiz qalıb.

Teleqraf xəbər verir ki, meteoroloqlar qasırğanın oktyabrın 9-da gecə saatlarında Florida ştatının Destin şəhəri yaxınlığında saatda təxminən 170 kilometr sürətlə sahilə çatdığını bildiriblər.

Qasırğa Florida, Alabama və Corciya ştatlarında elektrik təchizatında ciddi fasilələrə səbəb olub.

Meteoroloqlar sakinlərə tornado, güclü külək və intensiv yağış təhlükəsi barədə xəbərdarlıq ediblər.