BAKI, 10 oktyabr. TELEQRAF

Rusiyanın 10 oktyabrda Zaporojyeyə hücumu nəticəsində 20 mülki şəxs həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb .

Xilasedicilərin açıqlamasında deyilir: "Rusiya hava hücumunda ölənlərin sayı 20-yə çatıb, onlardan 3-ü uşaqdır".

Xatırladaq ki, 10 oktyabr səhəri Rusiya qoşunları Zaporojyeyədə beşmərtəbəli yaşayış binasına raket zərbəsi endirib.

Zərbə nəticəsində çoxmərtəbəli binanın girişinin bir hissəsi dağılıb. Yaxınlığındakı yaşayış binalarına da ziyan dəyib.