BAKI, 10 oktyabr. TELEQRAF
Fələstin Prezidenti Mahmud Abbas 2027-ci il sentyabrın 11-də prezident və parlament seçkilərinin eyni vaxtda keçirilməsi barədə sərəncam verib.
Teleqraf xəbər verir ki, bu barədə Fələstin "Vafa" agentliyi məlumat yayıb.
Bəyanatda deyilir: "Şənbə günü Abbas 2027-ci il sentyabrın 11-də prezident və parlament seçkilərinin eyni vaxtda keçirilməsi barədə prezident fərmanı imzalayıb".
Daha əvvəl parlament seçkilərinin 28 noyabr 2026-cı ildə keçirilməsi planlaşdırılırdı və prezident seçkilərinin 2027-ci ilin əvvəlində keçirilməsi gözlənilirdi. Beləliklə, parlament seçkiləri təxminən on ay təxirə salınıb.
Fələstində parlament seçkilərinin keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir və beynəlxalq ictimaiyyət hakimiyyətin nümayəndəli orqanlarının yenilənməsini tələb edir. Yeni tarix prezident və parlament seçkilərinin eyni gündə keçiriləcəyini nəzərdə tutur.