BAKI, 18 iyun TELEQRAF
Parlamentin inzibati binasında Azərbaycan Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir.
Teleqraf xəbər verir ki, görüşdə Milli Məclisin sədr müavini, komitə sədrləri, deputatlar Rusiya tərəfindən isə Rusiya Federasiyası Federal məclisinin birinci müavini Andrey Yatskinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Görüşdə Parlamentlərarası Komissiyaının ötən dövrdə gördüyü işlər və qarşıdakı mərhələdə əsas vəzifələri ətrafında fikir mübadiləsi aparılır.