BAKI, 17 iyun. TELEQRAF
Bu gün klinik psixatriyanın müalicə üsulları genişlənib.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, bu gün müasir texnologiyalardan istifadə etməklə bir sıra xəstəlikləri aradan qaldırmaq mümkündür.
Komitə sədrinin sözlərinə görə, bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var və bu gün müzakirə olunan qanun layihəsi də bunu özündə ehtiva edir.