BAKI, 2 iyul. TELEQRAF

Xüsusi icra məmurunun icra icraatı çərçivesində qəbul etdiyi qərarlar hüquqi qüvvəsinə görə dövlet icra məmurunun qəbul etdiyi qərarlara bərabər olacaq.

Teleqraf xəbər verir ki, bu Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Layihədə qeyd edilib ki, icra senedlerinin icrası ilə əlaqədar xüsusi icra məmurunun qanuni tələbləri Azərbaycan ərazisində bütün dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.

- Xüsusi icra məmuruna icra sənədlərinin icrası ilə əlaqədar teleb olunan məlumatlar, senedlər və onların surətləri dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, orlarını vəzifəli şəxsləri və fiziki şəxslər tərəfindən tam və vaxtında verilməlidir.