BAKI, 12 oktyabr. TELEQRAF
Biz Cənub Şərqi Asiya ilə maraqlanırıq, bizim xarici siyasətin prioritetlərindən biridir, vacib bir bölgədir.
Teleqraf xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Kambocanın Baş naziri Hun Manet ilə mətbuata bəyanatında səsləndirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynamaqdadır.