BAKI, 24 iyun. TELEQRAF

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında dənizçilik sahəsində sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu təsdiq olunacaq.

Teleqraf xəbər verir ki, sözügedən məsələ parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Yekunda məsələ səsə qoyularaq plenar iclasa tövsiyə olunub.