BAKI, 24 iyun. TELEQRAf

"Qadınlar əmək bazarında hələ də aktiv deyillər".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hicran Hüseynova deyib.

O qeyd edib ki, qadınların məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi vacibdir: “İşin keyfiyyətinin artırılması və işçilərin ailələri ilə vaxt keçirməsi də önəmlidir. Yeni tikilən qəsəbələrdə baxçalar və məktəbəqədər təhsil müəssisələrinin olması təşviq edilməlidir. Bu uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlbində daha təsirli amildir”.