BAKI, 24 iyun. TELEQRAF

"Hər tikilən yeni binanın həyətində məktəbəqədər təhsil müəssisəsi olmalıdır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, binaların həyətində market və başqa yerlər açılana qədər məktəbəqədər təhsil müəssisəsi açılsa, daha yaxşı olar: "Sahibkarlara da bu məsələdə dəstək verilməlidir. Bu da sağlam gələcəyimizin formalaşmasında vacib şərtlərdən biridir. Elə müəssisələr var ki, orada hər uşağa görə 7 min illik ödəniş tələb edilir. Bu kimi məsələlərə də baxmaq lazımdır ki, hər bir ailənin buna imkanı çatsın".