BAKI, 24 iyun. TELEQRAF

"Ulu Öndər Heydər Əliyev keçmiş Sovet İttifaqında hakimiyyətə gəldikdən sonra azərbaycanlılar zabit hazırlığı kurslarına cəlb ediliblər".

Teleqraf xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Ulu Öndər vaxtilə Naxçıvanda sovet ordusundan silah-sursatı müsadirə edərək Azərbaycan Ordusunun formalaşmasına yönəldib: “Hətta keçmiş sovet zabitinə öz tabel silahını aparmağa belə imkan vermədi. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz inkişafının ən yüksək mərhələsini yaşayır. Vətən müharibəsində əldə edilən tarixi qələbə məhz Heydər Əliyev strategiyasına və Müzəffər Ali Baş Komandanın praqmatik siyasətinə əsaslanıb”.