BAKI, 24 iyun. TELEQRAF
"Azərbaycan Ordusu Ulu Öndər Heydər Əliyevin strategiyasına uyğun inkişaf edir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan Ordusu Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün daha da güclənir:
"Qalib Silahlı Qüvvələrimiz bu gün öz üzərində düşən vəzifələri icra etməyə hazırdır. Vətən müharibəsindən sonra da Ordumuzun inkişafı naminə zəruri addımlar atılıb".