BAKI, 21 iyun. TELEQRAF
Layihələrdə iştirak payı ilə bağlı xərclər əsaslı xərclərdə əks etdiriləcək.
Teleqraf xəbər verir ki, sözügedən məsələ "Büdcə sistemi haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, əsaslı xərclər, o cümlədən, əsas vəsaitlərin alınması, kapital qoyuluşları və səhmlərin alınması dövlət büdcəsinin xərclərinə daxildir.
Sənəddə isə qeyd olunur ki, layihələrdə iştirak payı da bu siyahıya əlavə edilir.