BAKI, 21 iyun. TELEQRAF

Dövlət büdcəsi layihəsinin tərtibi prosesi və büdcə təqvimi ilə bağlı qaydalar dəyişir.

Teleqraf xəbər verir ki, sözügedən məsələ "Büdcə sistemi haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihədə isə qeyd olunur ki, dövlət büdcəsindən maliyyələşən təşkilatların vəsaitlərinin büdcədənkənar formalaşdırılması, toplanması, istifadə edilməsi və uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada həyata keçirəcək.