BAKI, 27 aprel. TELEQRAF
Nizami Kino Mərkəzinin direktoru Əli-səttar Quliyev müqaviləsinin müddəti başa çatdığı üçün vəzifəsindən ayrılıb.
Bu barədə Azərbaycan Respublikasının Kino Agentliyindən Teleqraf-ın sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, hazırda Kino Mərkəzinin direktorunun səlahiyyətlərini Turan Məmmədli icra edir.
Qeyd edək ki, Turan Məmmədli Türkiyənin Kocaeli universitetində Siyasət və dövlət idarəçiliyi ixtisası üzrə bakalavr, Marmara universitetində Kino-Televiziya ixtisası üzrə magistr təhsili alıb.
2024-cü ildən etibarən Azərbaycan Respublikasının Kino Agentliyində aparıcı məsləhətçi vəzifəsində çalışıb, Kino mədəniyyətinin təbliği şöbəsinin müdiri olub. Hazırda eyni zamanda, Təhlil və layihələrin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində çalışır.
Rejissor, prodüser Əli-səttar Quliyev isə dövlət kino müəssisələrində fəaliyyətini davam etdirir. O, Azərbaycan Respublikasının Kino Agentliyində Bədii Şuranın üzvü, həmçinin, dövlət dəstəyilə çəkilmiş filmlərin satışı və yayımı sahəsindəki məsul şəxslərdən biridir.