BAKI, 27 oktyabr. TELEQRAF

Xalq artisti Şahnaz Haşımova Gəncə Beynəlxalq Xəstəxanasının reanimasiya şöbəsindən palataya köçürülüb.

Bu barədə Teleqraf-a Xalq artistinin nəvəsi Eldar Abdullayev məlumat verib.

O bildirib ki, Şahnaz Haşımovanın müalicəsi davam edir.

Qeyd edək ki, Şahnaz Haşımova oktyabrın 24-də xəstəxanaya yerləşdirilib. O, əməliyyat edilib.