BAKI, 2 oktyabr. TELEQRAF
Xalq artisti tarzən Ramiz Quliyevin səhhətində irəliləyiş var.
Bu barədə Teleqraf-a onun oğlu Əməkdar artist, dirijor Əyyub Quliyev məlumat verib.
"Atamın səhhətində irəliləyiş hiss edilir, böyrəklərin funksiyaları bərpa olunur" - Əyyub Quliyev bildirib.
Ramiz Quliyevin müalicəsi Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsində davam edir.
Qeyd edək ki, 78 yaşlı Xalq artistinin müalicə xərcləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.