BAKI, 26 sentyabr. TELEQRAF
Rusiyanın Kamçatka diyarının Petropavlovsk-Kamçatski şəhərində ayıların daha tez-tez gəlməsi səbəbindən yüksək hazırlıq rejimi tətbiq edilib. Təkcə son sutka ərzində təcili xidmətlərə belə hadisələrlə bağlı bir neçə məlumat daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə şəhər dairəsinin administrasiyası məlumat yayıb.
“Ayıların fəal olduğu dövrdə şəhərə gəlməsi ilə bağlı məlumatları daimi əsasda işləyən əməliyyat qruplarının tərkibi gücləndirilmişdir", - məlumatda deyilir.
Bildirilib ki, şəhərin əməliyyat xidmətləri arasında sutka boyu qarşılıqlı əlaqə qurulub. Beləliklə, yırtıcının növbəti dəfə şəhərə gəlişi barədə məlumat operativ şəkildə ötürüləcək. Bundan əlavə, bu, belə halların mümkün nəticələrinin qarşısını almağa imkan verəcək.
Uşaq bağçalarının və məktəblərin rəhbərlərinə valideynlərlə yetkinlik yaşına çatmayanların təhlükəsizliyi ilə bağlı söhbətlər aparmaq və sosial obyektlərin yaxınlığında nəzarəti gücləndirmək tapşırılıb.