BAKI, 8 sentyabr. TELEQRAF

Böyük Britaniyanın Pembri kəndi sahillərində nəhəng dəniz məxluqu aşkar edilib.

Teleqraf xəbər verir ki, bunun balina cəsədi olduğu güman edilir.

Məxluqun sahilə çıxma səbəbi hələlik sirr olaraq qalır. Dəniz bioloqlarının sözlərinə görə, səbəblər xəstəliklərdən və qidalanma çatışmazlığından tutmuş okeanın plastiklə çirklənməsinə qədər dəyişə bilər. Cəsədin mənşəyini müəyyən etmək üçün ekspertizanın keçiriləcəyi bildirilir.