
Yerli şou-biznes nümayəndələri arasında sosial şəbəkə istifadəçisi olmayanı da var.
Teleqraf.com xəbər verir ki, bir zamanlar müğənni kimi fəaliyyət göstərən Ruhi Əliyeva heç bir sosial şəbəkədə aktiv deyil.
O , ATV telekanlında aparıcısı olduğu “Özünə Bax” verilişində deyib ki, adından Facebook və İnstagram-da saxta profillər açırlar.
“Mənim adımdan saxta profillər açıb, adamlara dostluq göndərirlər. Amma mən demək istəyirəm ki, heç bir sosial şəbəkədə yoxam. Buna zamanım yoxdur. Gələcəkdə ola bilsin ki, mən də qeydiyyatdan keçib, virtual dostlarla ünsiyyət qurdum”.
Aysel Şirinzadə