"Beşiktaş"ın Ukraynanın məşhur "Dnepr" futbol klubundan yeni transfer etdiyi qapıçısı Denis Boyko bu dəfə həyat yoldaşı ilə gündəmə gəlib.

Hazırda mətbuatın diqqəti futbolçunun həyat yoldaşı Valeria Boykoya yönəlib. Keçmiş balerina olan Valeriya ideal bədən qurluşu ilə diqqət çəkib. Model kimi fəaliyyət göstərən xanım Boyko, futbolla da yaxından maraqlanır. Həyat yoldaşının bütün oyunlarına gedərək, ona dəstək olur. Valeriya sosial şəbəkələrin aktiv istifadəçisidir. İnstaqram hesabında böyük fanat ordusu olan model, aktiv həyat tərzi ilə seçilir.

Qeyd edək ki, Denis və Valeriya Boyko 2012-ci ildə ailə qurub.