
Dünyaca məşhur pop ifaçı Cenifer Lopez 27 yaşlı rəqqas sevgilisi Kasper Smart ilə yollarını ayırıb.
Ötən gün Los-Ancelesdə verdiyi konsert proqramında səhnədə seksual şou göstərən 43 yaşlı sənətçinin Kasper ilə ayrılıqlarının səbəbi hər kəsi maraqlandırıb. Xarici mediada yayılan məlumata əsasən rəqqas artıq xeyli müddətdir ki, münasibətdə olduğu Ceniferi model-transseksual ilə aldatdığı deyilir.
Qeyd olunub ki, hadisə iki ay öncə baş verməyinə baxmayaraq cütlük münasibətlərini soyuq şəkildə davam etdirirdi:
"Onlar hal-hazırda dost kimi ünsiyyət qururlar, nə olsa da onlar birlikdə rəqs etməyi çox sevirlər. Buna baxmayaraq Cenifer və Kasper başa düşüblər ki, hərəsi ayrı yollarda böyüməlidirlər"- bu sözləri cütlüyün yaxın dostu olan TMZ kimi tanınan musiqiçi bildirib./anspress/