Beyons "Topshop", "Dorothy Perkins" və "Miss Selfridce" brendlərinin sahibi ser Filip Qrinlə birlikdə geyim kolleksiyası hazırlayıb.

Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, kolleksiyaya idman, fitnes və rəqslərlə məşğul olmaq üçün geyim, ayaqqabı və aksessuarlar daxildir. "Orijinal moda baxışı və uzaqgörənliyinə görə "Topshop" brendini həmişə bəyənmişəm", - deyə Beyons etiraf edib. Yeri gəlmişkən, brendin adı hələ ki sirr olaraq saxlanılır. Kolleksiya 2016-cı ilin yaz aylarında təqdim olunacaq.

Bu, Beyonsun moda sahəsində ilk addımı deyil. Bir neçə il öncə Beyons və onun Tina Noulz "Sasha Fierce" geyim kolleksiyası buraxmışdılar. Eyni zamanda onlar House Dereon brendinin təsisçiləridirlər. Eləcə də ifaçı, bu yaxınlarda H&M üçün eksklüziv kolleksiya yaradıb.