ATV-nin aparıcıları Zaur və Günay Baxşəliyevalar “Bu mənim stilim” verilişlərinin çəkilişi üçün Türkiyəyə gedəcəklər.
Teleqraf.com xəbər verir ki, Z.Baxşəliyev “Onlar”a açıqlamasında tezliklə verilişin yayımlanacağını qeyd edib: “Çox insanlar düşündü ki, bu veriliş baş tutmayacaq. Amma şounu tezliklə ATV ekranlarında görəcəksiniz. Münsif heyətində Fəxriyyə Xələfova, Günay Musayeva, mən və Türkiyədən çox məşhur qonaqlar iştirak edəcəklər. Verilişə prodüser və münsif heyəti kimi qatılmışam. “Bu mənim stilim”in aparıcısı isə Günay Baxşəliyevadır”.
Aparıcı qızı Dilavərdən də danışıb: “Çəkilişlərə görə qızımı günlərlə görə bilmirəm. Çünki rayonlara da çəkilişlərə gedirəm. O zaman bir-birimizlə telefonla danışırıq, səsli qeydlər göndəririk. Baxmayaraq ki, balacadır, amma bizim evdə olmamağımıza anlayışlı yanaşır”.
Rəqsanə