
Hollivudun ən gözəl cütlüklərindən olan Ancelina Coli və Bred Pitt yenidən diqqət mərkəzindədirlər.
Bir çox sevilən filmlərin qəhrəmanı olan Bred Pitt 10 ilə yaxın sevgilisi və iki ildir nişanlısı olan Ancelinanın yeni şəkillərini paylaşıb.
Aktyor xanımının cazibədar, maraqlı və ən əsası ailə şəkilləri olan kadrlarını sosial şəbəkəyə yükləyib. Pitt sevgilisinin fotolarını sevənləri ilə bölüşməkdən çəkinməyib.
Fotolarda Colinin emosiyaları əks olunub. Ağ-qara şəkillərdə aktrisa daha çox hisslərini nümayiş etdirməyə çalışıb. Ən maraqlısı isə kadrlardan bəzilərində bacarıqlı aktrisanın övladına süd verərkən görüntüsü olub./anspress/