Türkiyənin tanınmış aktyoru Kənan İmirzaloğlundan Sinəmə olan sevgisini etraf edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yenidən birlikdə görüntülənən cütlük bütün diqqətləri üzərinə çəkməyi bacarıb. Sinəmə olan sevgisini etiraf edən aktyor səssizliyi pozub. Belə ki, Habertürkün məlumatına görə, Kənan dost-tanışlarına Sinəmə olan sevgisindən bəhs edib.

“Əsl sevgini Sinəmdə tapdım. Bu dəfə çox fərqli hisslər yaşayıram. Sanki ayaqlarım yerdən kəsilib. Ürəyim pır-pırpır” deyə söyləyib.

Qeyd edək ki, Kənan İmirzalıoğlu uzun zamandır ki, ciddi sevgi yaşamırdı.

Rüstəm